Ali məktəblərə imtahanlara qeydiyyat tarixi açıqlanıb

10:22 - 16 Mart 2026 - Xəbər

Ali məktəblərə qəbul imtahanının II cəhdinin I mərhələsi mayın 24-ü və iyunun 7-si keçiriləcək.

Bu barədə Ucnoqta.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq.

Həmçinin coğrafiya fənni üzrə əlavə imtana iyunun 7-si keçiriləcək.

Sözügedən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.

Xəbər xətti