ABŞ prezidenti Donald Tramp İranın ABŞ ilə sülh razılaşmasına nail olmağa hazır olduğunu iddia edir, lakin Vaşinqton onun şərtlərini qəbul etmir.
Ucnoqta.az xəbər verir ki, o, "Truth Social"da yazıb.
"Yalançı media ABŞ ordusunun tamamilə məğlub olan və razılaşma istəyən İrana qarşı nə qədər uğurlu olduğu barədə məlumat verməkdən imtina edir, amma mən razılaşmanı qəbul etməzdim" - Ağ Ev lideri qeyd edib.