Rusiya milyarderlərinin sərvəti artlb
Ucnoqta.az xəbər verir ki, "Forbes"ə görə, Rusiya milyarderlərinin sayı yeni rekorda çatıb — siyahıya 155 rusiyalı daxil olub.
"Severstal" şirkətinin təsisçisi Aleksey Mordaşov siyahıya başçılıq edib, sahibkar və ailəsinin xalis sərvəti bir ildə rekord həddə — 37 milyard dollara çatıb.
"Norilsk" Nikel şirkətinin prezidenti Vladimir Potanin onu 29,7 milyard dollarlıq xalis sərvəti ilə izləyir.
"Lukoil" neft şirkətinin təsisçisi Vaqit Ələkbərov 29,5 milyard dollarlıq xalis sərvəti ilə üçüncü yerdədir.
Forbes-ə görə, ən varlı rusların ümumi sərvəti də ötən il yeni rekord həddə — 696,5 milyard dollara çatıb.