Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı

15:04 - 10 Mart 2026 - Xəbər

Babək Rayon Polis İdarəsi və Ordubad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən A.İbrahimov və H.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Ucnoqta.az xəbər verir ki, araşdırma zamanı həmin şəxslərin idarə etdikləri avtomobildən, eləcə də  yaşayış ünvanlarından müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Xəbər xətti