İrana hücum İsrail tarixində ən böyük əməliiyat olub

21:38 - 28 Fevral 2026 - DÜNYA

İrana edilən hücumda eyni vaxtda təxminən 200 İsrail qırıcı təyyarəsi iştirak edib və bu, İsrail Hərbi Hava Qüvvələri tərəfindən indiyə qədər həyata keçirilən ən böyük döyüş əməliyyatı olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İMQ-nin sözçü ofisi məlumat verib.

Qeyd olunub ki, bu nəhəng hava hücumunun əsas hədəfləri İranın qərbində və mərkəzində raket buraxıcıları və müdafiə sistemləri olub.

"Bu, İsrail Hərbi Hava Qüvvələri tarixində dəqiq planlaşdırma və yüksək keyfiyyətli kəşfiyyat əsasında həyata keçirilən ən böyük hərbi uçuşdur", - İMQ bildirib.

Xəbər xətti