Qazaxıstan yeni konstitusiyasının mətnini dərc edib

08:02 - 12 Fevral 2026 - DÜNYA

Qazaxıstan yeni konstitusiyasının mətnini dərc edib.

Ucnoqta.az xəbər evrir ki, Qazaxıstanın yeni konstitusiyasının yekun mətni vətəndaşların oxuması üçün rəsmi qəzet olan "Kazakhstanskaya Pravda"da dərc edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin əvvəllər imzaladığı fərmana əsasən, referendum martın 15-də keçiriləcək. Səsvermə bülletenində bir sual olacaq:
"Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?"

Qəbul edilərsə, 1 iyulda qüvvəyə minəcək.

Xəbər xətti