Afrika əhalisinin təxminən 20%-i və ya 300 milyondan çox insanın təmiz və təhlükəsiz içməli suya çıxışı yoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və BMT-nin Afrika İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeyt Əddis-Əbəbədə Afrika İttifaqı İcraiyyə Şurasının 48-ci sessiyasının açılışında çıxış edərkən bildirib. Onun çıxışı təşkilatın veb saytında yayımlanıb.
"Lakin, Afrikada 300 milyondan çox insanın hələ də təhlükəsiz içməli suya çıxışı, təxminən 780 milyon insanın isə adekvat sanitariyaya çıxışı yoxdur", - BMT Baş katibinin müavini qeyd edib.