ABŞ Hərbi Hava Qüvvələri Meksika ilə sərhəddə mövcudluğunu genişləndirərək sərhəd zonasının 300 kilometrdən çox hissəsini izləyib.
Ucnoqta.az bildirir ki, bu barədə Defense One hərbçilərin açıqlamasına istinadən məlumat verib.
Hərbçilərin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri Texas sərhədindəki Rio Qrande çayı sahil xəttinin təxminən 306 kilometrini nəzarətə götürüb və hazırda sərhədin 400 kilometrlik hissəsini izləyir. Portal qeyd edir ki, bu addım ABŞ hakimiyyət orqanlarına qanunsuz immiqrantlara qarşı hərbi güc tətbiqini genişləndirməyə və onlar üçün cəzaları artırmağa imkan verəcək.
Bu cür hərbi nəzarət zonalarının yaradılması ərazini hərbi bazaya çevirir və onlara sərbəst şəkildə patrul etməyə imkan verir.