Kənd təsərrüfatı nazirinə iki yeni müavin təyin olundu

16:07 - 27 Yanvar 2026 - Xəbər

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərəliyev nazirin müavini vəzifəsinə irəli çəkiliblər.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Xəbər xətti