Kambocada ANAMA əməkdaşı vəfat edib

14:36 - 26 Yanvar 2026 - Xəbər

Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

ANAMA Orxan Məhərrəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.

Xəbər xətti