Almaniya hərbçilərinin sayı 12 ildə ən yüksək həddə çatıb

17:39 - 20 Yanvar 2026 - DÜNYA

Bundesver (Almaniya Silahlı Qüvvələri) şəxsi heyətinin sayı son 12 ildə ən yüksək səviyyəyə, 184.200 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bunu DPA xəbər agentliyinə açıqlayıb.

Onun sözlərinə görə, bu rəqəm 31 dekabr 2025-ci il tarixinə təxminən 3000 şəxsi heyətin artımını əks etdirir.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, 2025-ci ildə orduda xidmət edən könüllülərin sayı 2024-cü ildəki 10.300 nəfərlə müqayisədə 12.200 nəfərə çatıb. Bu, 18%-dən çox artımdır.

Lakin hədəf 15.000 könüllü idi. Bu rəqəmin 2026-cı ilə qədər 20.000-ə çatacağı gözlənilir. Pistorius şəxsi heyətin artımını Bundesverə olan böyük etimadın əlaməti adlandırıb.

Xəbər xətti