Kiyev və Vaşinqton nümayəndələri yenidən görüşəcəklər

11:36 - 16 Yanvar 2026 - DÜNYA

Vaşinqton və Kiyev nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti iki gün ərzində danışıqların yeni mərhələsi keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina məlumat verib.

Stefanişina nümayəndə heyətlərinin tərkibini və ya görüşün yerini açıqlamayıb. O, həmçinin bildirib ki, Volodimir Zelenskinin ABŞ-a səfəri hazırda planlaşdırılmır.

 

Xəbər xətti