Yaşa görə sosial müavinət alanlarla bağlı məlumat

10:41 - 15 Yanvar 2026 - Cəmiyyət

2025-ci ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166,7 min nəfərdən çox olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 36,8%-ni kişilər, 63,2%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub.

Onların 32,93%-ni kişilər, 67,07%-ni isə qadınlar təşkil edib.

Xəbər xətti