Danimarka hərbçiləri ABŞ Qrenlandiyanı güc yolu ilə ilhaq etməyə cəhd edərsə, ABŞ qüvvələrinə cavab atəşi açmağa borcludurlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin sözçüsü Tobias Roed Jensen bildirib.
O, Amerikanın The Intercept portalına verdiyi açıqlamada bildirib ki, Danimarka hərbi birləşmələri Danimarka ərazisini müdafiə etməyə, o cümlədən silahlı hücuma məruz qaldığı təqdirdə dərhal müdafiə tədbirləri görməyə borcludurlar.
Jensen 1952-ci ildə qəbul edilmiş və Qrenlandiya da daxil olmaqla bütün ölkəyə şamil edilən müvafiq kral fərmanına istinad edib. O qeyd edib ki, fərman Danimarka hərbçilərinə hücum halında ölkəni siyasi və ya hərbi rəhbərliyin təlimatlarını gözləmədən müdafiə etməyə imkan verir.