Səudiyyə Ərəbistanı ərazisindən İrana qarşı zərbələrə icazə verməyəcək

22:01 - 14 Yanvar 2026 - DÜNYA

Səudiyyə Ərəbistanı İran hakimiyyətinə hava məkanının və ərazisinin İslam Respublikasına qarşı mümkün zərbələr üçün istifadə olunmasına icazə verməyəcəyinə zəmanət verib.

Ucnoqta.az xəbər verir ki, France-Presse agentliyi mənbələrə istinadən bu açıqlamanı verib.

Agence France-Presse agentliyi mənbələrə istinadən bildirib ki, Səudiyyə Ərəbistanı Tehrana birbaşa məlumat verib ki, ona qarşı heç bir hərbi əməliyyatda iştirak etməyəcək və ərazisi və hava məkanı bu məqsədlər üçün istifadə olunmayacaq". 

Xəbər xətti