Böyük Britaniya hökuməti Ukraynaya 13 "Raven" hava hücumundan müdafiə sistemi və iki "Gravehawk" prototipinin təhvil verildiyini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə UK Defence Journal qəzetinə istinadən Müdafiə üzrə dövlət katibinin müavini Alistair Karnes məlumat verib.
Karnes veb sayta bildirib ki, 13 "RAVEN" hava hücumundan müdafiə sistemi və iki "GRAVEHAWK" prototipi artıq Ukraynaya təhvil verilib və əlavə 15 sistemin ilk partiyası tezliklə təhvil veriləcək.