Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldı

15:55 - 8 Yanvar 2026 - Xəbər

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, N. Qasımov bu vəzifəyə ötən ilin may ayında təyin olunub.
Eyni zamanda, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) satış şöbəsinin rəisi Emil Əkbərli də tutduğu vəzifədən azad edilib.///apa

Xəbər xətti