"Honda" mühərrikin dayanma riski səbəbindən Accord sedanlarını geri çağıracaq
Ucnoqta.az xəbər verir ki, CBS News-a görə, Yapon avtomobil istehsalçısı "Honda", proqram təminatında baş verən xəta səbəbindən ABŞ bazarından 256.600 avtomobili geri çağırmaq qərarına gəlib.
Bildirilir ki, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası tərəfindən 17 noyabrda verilən bildirişə görə, geri çağırılma 2023-2025-ci illərin Honda Accord Hibrid avtomobillərinə təsir göstərir.
Qeyd olunur ki, proqram təminatı xətası mühərrik gücünün itirilməsinə və dayanmaya səbəb ola bilər. Təmir işləri dilerlər tərəfindən sahiblərinə pulsuz olaraq həyata keçiriləcək.