İsrail PUA ilə Livandakı Fələstin düşərgəsində avtomobilə zərbə endirib

00:11 - 19 Noyabr 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə Livanın cənubundakı Ayn əl-Hilveh Fələstin qaçqın düşərgəsində bir avtomobilə hücum edib.

Ucnoqta.az xəbər verir  ki, bu barədə Əl-Cədid məlumat verib.

Kanalın məlumatına görə, pilotsuz təyyarə Xalid ibn Vəlid məscidi yaxınlığındakı avtomobilə hücum edərək ona üç raket atıb. Ölən və yaralananlar var.
Yaxınlıqdakı Səidə şəhərindən düşərgəyə təcili yardım maşınları göndərilib.

Xəbər xətti