ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlməyi çox istədiyini və bu ideyaya tamamilə açıq olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səudla danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən verib.
"Düşünürəm ki, onlar razılığa gəlməyi çox istəyirlər. Mən buna tamamilə açıqam və biz onlarla danışırıq və prosesə başlayırıq", - Tramp deyib.