Gürcüstan Aİ-nin genişlənmə forumuna dəvət edilmədi

16:14 - 11 Noyabr 2025 - DÜNYA

Avropa Komissiyası gələn həftə Brüsseldə keçiriləcək Aİ-nin genişlənmə forumuna Gürcüstan nümayəndələrini dəvət etməyib.

Ucnoqta.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Aİ sözçüsü Qiyom Mersye təsdiqləyib.

 Mersye vurğulayıb ki, Avropa Komissiyası Gürcüstanı demokratik normalardan və Avropa dəyərlərindən yayınmaqda ittiham edir.

Avropa Komissiyasının Aİ-nin genişlənməsini dəstəkləyən forumu 18 noyabrda Brüsseldə namizəd ölkələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Xəbər xətti