Hindistanda partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb

20:36 - 10 Noyabr 2025 - DÜNYA

Hindistan paytaxtının məşhur turizm məkanı olan Köhnə Dehli rayonunda avtomobil partlayışı nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, NDTV bu barədə polisə istinadən məlumat yayıb.

Daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi. Daha 24 nəfər yaralanıb.

Hindistanın Baş naziri Narendra Modi qurbanların ailələrinə və yaralananlara başsağlığı verib. O, vəziyyəti daxili işlər naziri Amit Şah və digər rəsmilərlə müzakirə etdiyini bildirib.

Bazar ertəsi axşamı Yeni Dehlidəki tarixi Qırmızı Qalanın yaxınlığındakı işıqforda avtomobil partlayıb. Partlayışın səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.

Xəbər xətti