Suraxanıda 5 mərtəbəli binada yanğın olub - ölən var

15:47 - 11 Noyabr 2025 - Xəbər

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər xətti