Sobanın üzərinə yıxılan qadın öldü

09:16 - 7 Noyabr 2025 - ÖLKƏ İÇİ

Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbəsində baş verib.

Belə ki, Məkurə Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətəri alaraq ölüb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti