Bakıda yolu keçən tanınmış müğənnini avtomobil vurub öldürdü - VİDEO

10:13 - 31 Oktyabr 2025 - Cəmiyyət

Ötən gün Dövlət Bayrağı Meydanı yaxınlığında yolu keçərkən “Hyundai Elantra”nın vurduğu qadının tanınmış müğənni Vlada Axundova olduğu müəyyənləşib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölən 37 yaşlı Vlada bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş.

Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti