Qətər ABŞ və Venesuela arasında vasitəçilik etməyə hazırdır

22:08 - 29 Oktyabr 2025 - DÜNYA

Vaşinqton maraqlı olarsa, Qətər ABŞ və Venesuela arasındakı böhranın həlli üçün vasitəçi kimi çıxış edə bilər, lakin hələlik bu istiqamətdə heç bir konkret addım atmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ərəb dövlətinin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib.

Məhəmməd bin Əbdürrəhman Əl-Tani deyib ki, əgər ABŞ hələ də maraqlıdırsa, biz vasitəçilik etməyə və danışıqlar prosesinin təşkilinə kömək etməyə hazırıq.

Xəbər xətti