İstanbulda altımərtəbəli bina uçub

09:01 - 29 Oktyabr 2025 - Xəbər

İstanbuldan 60 km aralıda yerləşən Gebze şəhərində altımərtəbəli bina uçub. Hələlik itkilər barədə məlumat yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Kanalın məlumatına görə, xilasetmə qrupları hadisə yerində işləyir.

NTV qeyd edir ki, binanın yaxınlığında metro tikintisi davam edir.

A-haber-in məlumatına görə, dağıntılar altında altı nəfərə qədər insan qala bilər.

Xəbər xətti