Tramp Yaponiyaya F-35 təyyarələri üçün ilk raket partiyasının çatdırılmasını təsdiqlədi

11:43 - 28 Oktyabr 2025 - DÜNYA

ABŞ bu həftə Yaponiya Hərbi Hava Qüvvələrinin F-35 qırıcı təyyarələri üçün raketlər tədarük edəcək.

Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Kanagava prefekturasındakı Yokosuka Hava Bazasında yerləşən nüvə enerjisi ilə işləyən USS George Washington təyyarədaşıyan gəmisinin heyəti qarşısında çıxış edərkən açıqlayıb.

"Raketlərin ilk partiyasını təsdiqlədiyimi elan etməkdən məmnunam. Onlar dünyanın ən yaxşılarıdır. Heç kimdə bizimki kimi raketlər yoxdur. Hamı bizim raketlərimizi istəyir. Problem budur. Hamı onları istəyir. Amma bu, Yaponiya F-35 təyyarələri üçün Yaponiya Özünümüdafiə Qüvvələrinə təhvil veriləcək ilk raket partiyasıdır. Və onlar bu həftə, vaxtından əvvəl gələcəklər", - deyə prezident bildirib.

Xəbər xətti