Oğlum qurultayın işini pozmağa çalışdı, ... - Fəzail Ağamalı

15:28 - 25 Oktyabr 2025 - Xəbər

Bu gün Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb.

AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.

Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb.

Fəzail Ağamalı APA-ya açıqlamasında deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.

Günay Ağamalının köməkçisi isə APA-ya açıqlamasında Fəzail Ağamalının postunda qaldığını, Günay Ağamalının daha sonra qurultayda baş verənlərə münasibət bildirəcəyini söyləyib.

Qeyd edək ki, Elçin Ağamalı mediaya açıqlamasında bildirib ki, hazırda qurultayda iştirak edən 100 nəfər nümayəndə onu dəstəkləyir, ədalətli nəticə əldə etmək üçün əllərindən gələni edəcək.

Xəbər xətti