Ulan-Ude şəhərində hazır qidadan zəhərlənənlərin sayı 159-dan 165-ə çatıb, onlardan 92-si uşaqdır.
Ucnoqta.az xəbər verir ki, TASS bu barədə Buryatiya Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik bildirib ki, respublikanın klinik yoluxucu xəstəliklər xəstəxanasına 82 nəfər yerləşdirilib. Nazirlik əlavə edib ki, onlardan 32-si qənaətbəxş vəziyyətdə evə buraxılıb.
Buryatiyada kəskin bağırsaq infeksiyasının yayılması 19 oktyabrda qeydə alınıb. Əvvəlcə 43 nəfər xəstələnib, lakin zəhərlənənlərin sayı sonradan artmaqda davam edib.
Regional Səhiyyə Nazirliyinin məlumatına görə, insanlar istehsal müəssisələri Ulan-Ude şəhərində yerləşən "Vostok" MMC tərəfindən istehsal olunan hazır qida məhsullarından zəhərləniblər.