"Barselona" İspaniya çempionatının 7-ci turunda evdə "Real Sosyedad"ı 2:1 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, katalonların qollarını Jül Kounde (43-cü dəqiqə) və Robert Levandovski (59) vurub.
"Real Sosyedad"ın heyətində Alvaro Odriozola (31) fərqlənib.
Beləliklər "Barselona" qalib gələrək İspaniya çempionatının turnir cədvəlində ilk pillədə qərarlaşıb. Hans-Diter Flikin yetirmələri hazırda 19 xalla ikinci yerdə qərarlaşan "Real Madrid"i bir xal qabaqlayır. "Real Sosyedad" 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. "Barselona" oktyabrın 5-də səfərdə "Sevilya"nı, "Real Sosyedad" isə həmin gün "Rayo Valyekano"nu qəbul edəcək.