Livanın cənubundakı Tir şəhərində silah anbarında baş verən partlayış nəticəsində 6 əsgər həlak olub, bir neçə əsgər isə yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Bildirilib ki, insident hərbçilərin anbarın içində təmizlik apararkən baş verib. Hazırda partlayışın səbəbləri araşdırılır.