İsveç Ukraynanın ictimai təşkilatlarına 10,4 milyon dollar ayırıb

00:00 - 8 Avqust 2025 - DÜNYA

İsveç hökuməti Ukraynanın ictimai təşkilatlarına 100 milyon kron (10,4 milyon dollar) ayırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, hökumətin mətbuat xidmətindən verilən məlumata görə, vəsait hökumətin 2025-2029-cu illər üçün vətəndaş cəmiyyətinin inkişafı strategiyası çərçivəsində ayrılacaq.

“Vətəndaş cəmiyyəti Ukraynanın müdafiəsində, eləcə də uzunmüddətli perspektivdə güclü cəmiyyətin inkişafında mühüm rol oynayır.

Burada İsveçin yardımı da vacibdir”, - bəyanatda inteqrasiya naziri Simone Muhamsson sitat gətirilir.

Hökumətin məqsədli maliyyələşdirmə ilə bağlı qərarı təkcə Ukraynaya deyil, Ermənistan, Moldova, Gürcüstan və Belarusa da aiddir.

Vəsaitlər “humanitar fəaliyyətlər, demokratik hərəkatlara, insan haqları müdafiəçilərinə dəstək, vətəndaş cəmiyyətinin gücü və möhkəmliyinin həlledici rol oynayacağı regionun yaradılması üçün” nəzərdə tutulub.

Xəbər xətti