Çin Xalq Respublikasının Su Təsərrüfatları Nazirliyi Pekində daşqın ehtimalı ilə əlaqədar fövqəladə hallara cavab rejiminin tətbiq edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, iyulun 24-dən yağan güclü yağışlar Çin paytaxtının şimal-şərq ətraflarında yerləşən Miyun su anbarında suyun səviyyəsinin kəskin artmasına səbəb olub.
Nəticədə su anbarının 60 illik tarixində ən yüksək su axını olub.
Bildirilir ki, idarə həmçinin yerli hakimiyyət orqanlarını vəziyyətə nəzarəti gücləndirməyə və su fəlakətləri təhlükəsi ilə bağlı xəbərdarlıqlarla operativ məlumat dərc etməyə çağırıb.