Şırnakda yeni Avropa istilik rekordu qeydə alındı

09:56 - 27 İyul 2025 - DÜNYA

Türkiyənin Şırnak vilayətində rekord +50,5 dərəcə istilik qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 26-da “Turkiye Today” qəzeti Türkiyə Dövlət Meteorologiya Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, cümə günü Türkiyədə Avropada yeni tarixi temperatur rekordu qeydə alınıb: ölkənin cənub-şərqində yerləşən Şırnak vilayətində +50,5 dərəcə istilik qeydə alınıb.

Qeyd edildiyi kimi, əvvəlki rekord +48,8 dərəcə ilə İtaliyanın Siciliya adasında 2021-ci ilin avqustunda qeydə alınıb.

Xəbər xətti