İranın İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb

09:12 - 16 İyun 2025 - DÜNYA

Magen David Adom (Davidin Qırmızı Qalxanı) təcili yardım xidmətinin verdiyi məlumata görə, İranın İsrailin mərkəzində bir gecədə dörd yerə endirdiyi zərbələr nəticəsində dörd nəfər ölüb, 87 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Magen David Adom X-də məlumat yayıb.
"Magen David Adom təcili yardım xidməti və tibb işçiləri dörd nəfərin - iki qadın və iki kişinin, təxminən 70 yaşında olan dörd nəfərin ölümünü təsdiqləyib. Hazırda təcili yardım xidməti 87 yaralını xəstəxanaya yerləşdirib", - qeyd olunub.

Xəbər xətti