Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib
Ucnoqta.az xəbər verir ki, o yazıb.
“Azərbaycanın Milli Qurtuluş Gününü və Türkiyə – Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümünü ən səmimi hisslərimlə təbrik edirəm
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində Qardaş Azərbaycanla həqiqətləri dünyaya birlikdə çatdırmaq üçün hamımız qətiyyətlə gələcəyə doğru irəliləyəcəyimizə ürəkdən inanırıq.
Bu xoşbəxt gün münasibətilə azərbaycanlı qardaşlarıma ən səmimi hörmət, salam və məhəbbətlərimi çatdırıram”.