Qanunsuz ağaclar kəsilib - Təbiətə 30 mindən çox ziyan dəyib

18:22 - 13 İyun 2025 - Xəbər

Son bir həftə ərzində Sumqayıt şəhəri və Bərdə rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 30-cu kilometrliyində “Azərtexnolayn” MMC-yə məxsus ərazidə və Bərdə rayonu Arabaçılar kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 30 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Xəbər xətti