Amerikalı reper adını dəyişdi

00:01 - 11 İyun 2025 - MAQAZİN

Amerikalı reper Kanye Uest adını Ye Ye olaraq dəyişib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Page Six nəşri məlumat yayıb.
Bildirilir ki, musiqiçi daha əvvəl rəsmi sənədlərdə Ye Uest kimi qeyd edilib. Ancaq indi onun şirkətləri, o cümlədən Yeezy Apparel, Yeezy Record Label, LLC və Getting Out Our Dreams Inc reperi Ye Ye adlandırırlar.

2018-ci ildə Kanye adının Ye olduğunu açıqladı və eyni adlı albom buraxdı. Üç il sonra o, rəsmi olaraq adını dəyişdi.
 

Xəbər xətti