İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin ərazilərinə bir sıra aviazərbələri nəticəsində aralarında qadın və uşaqlar da daxil olmaqla ən azı 13 fələstinli həlak olub, onlarla insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, WAFA xəbər agentliyinin məlumatına görə, mərmilər köçkün ailələrin sığındığı çadıra da düşüb.
Xan Yunis bölgələrinin, o cümlədən Batn əl-Səminin atəşə tutulmasında İsrail pilotsuz təyyarələri də iştirak edib.