Daxili İşlər Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara daha bir müraciət edib.
Nazirlikdən verilən məlumata görə, müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib:
"İyunun 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
Qeyd olunur ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir. Bu məqsədlə qurbanlıq heyvanların müəyyən olunmuş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək".