İsrail Qəzzada radikalların Komandanlıq Mərkəzinə zərbə endirib

16:01 - 5 İyun 2025 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin "İslami Cihad" radikal qruplaşmasının yaraqlısının fəaliyyət göstərdiyi Qəzza şəhərində Əl-Əhli xəstəxanasının həyətində radikal komandanlıq və idarəetmə mərkəzinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu mərkəz terrorçular tərəfindən İsrailin mülki əhalisinə və əsgərlərinə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə edilib.
Bildirilir ki, zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün tədbirlər görülüb.

Xəbər xətti