Türkiyədə bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu olmuş Araz Musayevin son durumu açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, o, özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm", - deyə A.Musayev qeyd edib.
Xatırladaq ki, Beynəlxalq Muay Tay Federasiyasının Türkiyədə təşkil etdiyi dünya çempionatına qatılan 14 nəfərlik Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Araz Musayev mayın 28-də Antalyada bıçaqlanmışdı.