Füzuli rayonu Horadiz şəhərində şəhid plakatına hörmətsizlik olunması barədə görüntü araşdırılır.
Ucnoqta.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək”.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə yayılmış görüntülər müzakirələrə səbə olub. Belə ki, şəhid anası bildirilən qadının şəhid plakatına qarşı etdiyi hörmətsizliyə görə orta yaşlı kişini diz çökdürərək üzr istətdiyi görüntüləri yayılıb.