Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə mayın 26-27-də Rusiyada işgüzar səfərdə olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.
Qeyd olunur ki, səfər zamanı Fidanın Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi və rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. Bundan başqa, türkiyəli nazirin Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belousovla ikitərəfli görüşləri nəzərdə tutulub.
Onlar qeyd ediblər ki, Moskvadakı danışıqlarda ikitərəfli əlaqələri, o cümlədən ticarət, enerji, turizm sahələrində ətraflı müzakirə etməyi və onların gələcək inkişafı üçün atılmalı olan mümkün addımları dəyərləndirməyi planlaşdırırlar.