Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda kadr dəyişikliyi baş verib.
Ucnoqta.az "Bakupost"a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Əmri ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev tutduğu vəzifədən azad olunub.
O, Fondun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.
Şahin Əliyev bu postda Zəka Mirzəyevi əvəz edib.