Avstraliyanın şərqində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels Dövlət Fövqəladə Hallar Xidməti (SES) məlumat yayıb.
Bildirilir ki, daşqın zərərçəkənlərinə kömək etmək və onların nəticələrini aradan qaldırmaq üçün 2200 təcili yardım işçisi, 500-dən çox qayıq və 9 helikopter səfərbər edilib.
Avstraliyanın şərqində ikinci həftədir yağan leysan yağışları 150-dən çox icmanı daşqın zonalarında qoyub, sakinləri evlərini tərk etməyə və qohumlarının yanına və ya 14 hökumət evakuasiya mərkəzinə sığınmağa məcbur edib.
Mayın 23-ü səhərə qədər 50 mindən çox insan çayların daşması və daşqınlar səbəbindən təcrid olunmuş vəziyyətdə qalıb, 7 min evdə elektrik yoxdur.