Bərdədə iki traktir toqquşub - FOTO

10:12 - 22 May 2025 - ÖLKƏ İÇİ

Bərdə rayonunda MKT-yə məxsus iki traktor qəza törədib. 

Ucnoqta.az xəbər verir ki, Bərdə rayonunun Kətəlparaq kəndi ərazisində MKT İstehsalat Kommersiya MMC-yə məxsus iki traktorun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, şirkətə məxsus traktorların biri ötmə əməliyyatı həyata keçirərkən qoşqusunun digər traktora çırpılması nəticəsində ikinci traktor yoldan çıxaraq qəzaya uğrayıb. Nəticədə texnikaya ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti