Rusiyan vilayətləri üzərində 105 UkraynaPUA-sı vurulub

08:55 - 22 May 2025 - DÜNYA

Hava Hücumundan Müdafiə Qoşunları bir gecədə Rusiyanın regionları üzərində 105 Ukrayna pilotsuz uçan aparatını, o cümlədən 35-i Moskva vilayəti üzərində vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Moskva vilayəti üzərində 35, Oryol vilayəti üzərində 14, Kursk vilayəti üzərində 12, Belqorod vilayəti üzərində 11, Tula vilayəti üzərində 10, Kaluqa vilayəti üzərində 9, Voronej vilayəti üzərində 7, Lipetsk və Smolensk vilayəti üzərində 3 PUA vurulub.

Xəbər xətti