Fast food bir neçə gün ərzində bağırsaq müdafiəsini məhv edə bilər

06:04 - 21 May 2025 - DİGƏR

Doymuş yağlar bağırsaq iltihabı riskini sürətlə artırır.
Tədqiqat müəyyən etdi ki, doymuş yağda yüksək olan bir neçə yemək bədəndə iltihaba səbəb ola bilər, baxmayaraq ki, xroniki iltihabın fiziki əlamətlərinin görünməsi illər çəkə bilər.

Ucnoqta.az xəbər verir ki, araşdrıma Immunity jurnalında dərc edilib və bu barədə Walter və Eliza Hall İnstitutu (Avstraliya) məlumat yayıb.
Alimlər müəyyən ediblər ki, siçanlarda yüksək yağlı pəhrizdən cəmi iki gün sonra qoruyucu bağırsaq zülalı IL-22 tükənir.

Tədqiqata rəhbərlik edən Dr Cyril Seilier deyir: "Yediyimiz hər yemək bağırsaqlarımızın sağlamlığına fəal şəkildə təsir edir. Nə qədər çox doymuş yağ qəbul etsək, bir o qədər çox iltihab yığılır, bağırsaq müdafiəsini zəiflədir və xroniki iltihaba qarşı həssaslığı artırır".

Siçanlar əvvəlcə ağrı və ya çəki artımı kimi görünən simptomlar göstərməsələr də, bağırsaqda mikroskopik dəyişikliklər müşahidə edilib.
Müəlliflər qeyd edirlər ki, yüksək yağlı pəhrizlər təkcə iltihabı təşviq etmir, həm də bədənin müdafiə mexanizmlərini sıradan çıxarır.

"IL-22 bağırsağın sağlamlığı və qorunması üçün çox vacibdir. Cəmi iki günlük yüksək yağlı pəhriz siçanlarda IL-22 anbarlarının itkisi ilə nəticələnib və bu, bağırsaq funksiyasının pisləşməsinə səbəb oldu" – mütəxəssis deyib.

Əhəmiyyətli odur ki, araşdırma doymuş yağların IL-22 istehsalını maneə törətdiyi halda, doymamış yağların (məsələn, qoz-fındıq və avokadoda olan) onu gücləndirdiyini aşkar etdi. Tədqiqatçılar IL-22 səviyyələrini artırmaqla siçanlarda bağırsaq funksiyasını uğurla bərpa etdilər.

Xəbər xətti